Xəbər lenti

"Həyat üçün şans" reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanovun həbs olunmasının səbəbi məlum olub.

Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, həbsin səbəbi mərkəzdə müalicə alan pasiyentlərdən birinin işgəncə nəticəsində ölməsidir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Həmçinin, Novxanı qəsəbəsindəki həmin reabilitasiya mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyi araşdırılır.

20:12

"Həyat üçün şans" reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İddia olunur ki, hazırda bu istiqamətdə əməliyyat davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 3 637          Tarix: 5-12-2024, 22:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma