Şou Prodakşn tərəfindən təşkil olunan "Bakı Gözəli-2017" Gözəllik Yarışmasının Final Gecəsi 26 Avqust saat 20:00-da Capitol-da baş tutdu.
Şou Prodakşn tərəfindən təşkil olunan "Bakı Gözəli-2017" Gözəllik Yarışmasının Final Gecəsi 26 Avqust saat 20:00-da Capitol-da baş tutdu Tədbirdə iştirak edən Ovqat.com-un əməkdaşının verdiyi məlumata görə, Final gecəsində iştirak edən Suzanna Belova 3-cü yerə layiq görüldü,lent və diplom əldə etdi. İştirakçımız 3-cü yerə çıxmağına baxmayaraq geyiminə və gözəlliyinə görə münsiflər heyəti və qonaqlar tərəfindən çox gözəl qarşılandı. Final gecəsində sürpiriz qonaqlar da iştirak etdi. Finala vəsiqə qazanmış xanımlar arasından qalibləri müəyyən etmək üçün həm münsiflərin verdiyi səslərdən, həm də Final gecəsində iştirak edən qonaqların verdiyi səsvermədən istifadə olundu. Beləki, finalda iştirak edən qonaqların hər biri dəstəklədiyi iştirakçıya səs vermək imkanı qazandı. Yekunda münsiflərin səsverməsi ilə qonaqların verdiyi səslər toplanaraq qaliblər müəyyən olundu. Qeyd edək ki, yekunda səslərin 50%-i münsiflər, 50%-i isə qonaqların verdiyi səslər oldu.
Mövzuya dair fotolar:
Paylaş: