Xəbər lenti

 Myanmanın Arakan əyalətində buddistlərin müsəlman kəndlərinə hücumu, insanları vəhşicəsinə qətl etməsi dünya mediasının gündəmindən düşmür. Türkiyə başda olmaqla əhalisi müsəlman olan bir çox ölkələrin həm hökumət, həm də dini qurumları XXI əsrdə baş verən bu vəhşiliyə etiraz edir.
Bu prosesdə Qafqaz Müsəlmanları İdarəsinin susqunluğu açıq görünür. Bu suala aydınlır gətirmək üçün Gununsesi.info-nun əməkdaşı QMİ sədri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə telefon əlaqəsi saxlayıb. 
Sualımızı dinləyən Şeyx həzrətləri bir qədər susqunluqdan sonra bu barədə danışmaq imkanının olmadığını deyib.
“Mən indi məclisdəyəm, danışmaq imkanım yoxdur. Bizim idarənin mətbuat xidməti ilə əlaqə saxlasanız yaxşı olar” deyən Allahşükür Paşazadə telefonun dəstəyini asıb.
 




Ana səhifəyə qayıt        Baxış: 1 204          Tarix: 4-09-2017, 11:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma