Xəqani Abdullayev Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini vəzifəsindən azad olunub.
Məlumata görə, prezident İlham Əliyev bununla bağlı avqustun 1-də sərəncam imzalayıb.
X. Abdullayevin yerinə təyinat baş verməyib.
Qeyd edək ki, X. Abdullayev 1976-cı ildə Beyləqan rayonunda anadan olub.
1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.
Əmək fəaliyyətinə 1997-ci ildən AMB-də Pul-kredit siyasəti departamentində aparıcı ekspert vəzifəsi ilə başlayıb.
2000-ci ilin avqust ayından AMB-nin Monetar siyasəti departamentinin baş iqtisadçısı, şöbə rəisi, departament direktoru vəzifələrində çalışıb.
2008-ci ildə ABŞ-ın "George Washington" universitetində "Fulbright" tədqiqat proqramı çərçivəsində ixtisaslaşmış təhsil alıb.
2008-ci ilin aprel ayından AMB-nin baş direktoru vəzifəsinin icraçısı təyin edilib. 2009-cu ilin iyul ayında baş direktor vəzifəsinə təsdiq edilib.
2010-cu ilin mart ayından Milli Məclisin qərarı ilə AMB-nin İdarə Heyətinin üzvü seçilib.
2010-cu ilin aprel ayında AMB sədrinin müavini vəzifəsinə təyin edilib.
2007-ci ilin fevral ayında bank sisteminin inkişafındakı xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
2015-ci ilin aprel ayından Milli Məclisin qərarı ilə AMB İdarə Heyətinin üzvü seçilib./apa/
Paylaş: