Əslində bizə daim yanlışlardan qaçmağı öyrətdilər.Pis əməllərdən çəkinməyi,səhv etməməyi, doğrunu özümüzün seçməyini öyrətmədilər.Uşaq ikən uca hasarları aşmamağı tapşırdılar.Biz səbəbini bilmədən çəkindik o uca hasarlardan…
Sonra illər keçdikcə hədəflərimiz uca hasarlara belə çatmadı. Zirvələrə çatdırmaq istədiyimiz arzularımız uca hasarlardan yıxıldı.
Bunu bilsə idik, hədəflərimizə də uca zirvələrdən yıxılanda qanadlanmağı öyrədə bilərdik.Bizə sağ qalan hədəflərimizi saymağı öyrətdilər.Ölümlə nəfəs nəfəsə olan arzularımızı sağaltmağı öyrətmədilər.
Axı insanları təkliyə aparan başa düşülməmək deyilmi?
Bizə bu çarənin insanlar olduğunu öyrətdilər bilmədilər ki biz bir gün milyonlarla insan arasında kimsəsizlik yaşaya bilərik.Biz özümüz kimi kimsəsizləri tapıb kimsəsiz olmamağı bacara bilmədik.Deyəcəksən ki milyonlarla qaranın arasında içindən ağ rəngləri tapıb kimsəsizlikdən qurtulmağa nə var ki?
Bizim gözümüzü o qədər bağladılar ki gözümüz açılana kimi nyuton ağ ışığı 7 spektra ayırdı.Bu səbəbdən ağ ışıqlarda kimsəsizlikdən qurtula bilmədi.
Bizdən nə başa düşdüyümüz nə düşündüyümüz soruşulmadı bizi özümüzdən heçnə qatmadığımız halda 5 yazan müəllimlər məhv etdi. Təhlil etməyi, nəyəsə can atmağı öyrətmədilər...
Bizi müəllimənin nəsə əlavəniz var deyə soruşanda ətrafa çökən süküt məhv etdi...
Bizi ya düşünmədiklərimiz ,düşündükdə belə dilimizə gətirməyə cəsarət etmədiklərimiz məhv etdi.
Bu səbəbdən də biz bütün doğrularımızı,hədəflərimizi naməlum bir gəmiyə yüklədik bir dəli küləyin ümidinə tapşırdıq.Öz vətənindən zülüm ucbatından qaçan suriyalılar kimi onlarında çoxu sahili belə görmədi..
Onlar şəhid qanı ilə suvarılan torpaqda ölməyi yaşamaqdan üstün tutmadılar .Yəqin Tanrı onları bağışlamadı..
Bəlkə bu haqsızlıqlara zülmlərə susduğumuz üçün bir səhər sahilində ikən suyu dizimizdən olan xəzər boğacaq.
Gəl sənə sonu ölüm olan başqa hekayə danışım.Müqəssiri görərək susduğumuz üçün məzlumların gözyaşında boğulmaq...
İncitdiyin anaların sənin ucbatından ağaran saçlarında boğulmaq..
Heç olmasa yaşamaq üçün o saçları qırma!
Xəzər Süleymanlının şeiri kimi
Bir daha soruşuram,
Nələr keçir içindən?
Ya mən, ya sən ya da biz
Birini seç üçündən…
Əgər bu ölümlər sənə çox şərəfli gəlirsə ən yaxşısı öz pisliklərin məhv etsin səni
Müəllif: Məhəmməd Abaszadə
Paylaş: