Xəbər lenti

 Jurnalist Əfqan Muxtarlının Gürcüstanda necə həbs olunub, Azərbaycana təhvil verilməsinin detalları açıqlanıb.

Ovqat.com xəbər verir ki, müxalif “Avropa Gürcüstanı” partiyasının liderlərindən Givi Tatqamadze jurnalistin oğurlandığını düşünür.

Azadlıq.info-nun məlumatına görə, Tatqamadze bu "oğurluğu" Gürcüstanın keçmiş baş naziri Bidzina İnanişvili qohumu təşkil edib.
Bu gün Tbilisidə keçirdiyi brifinqdə Tarqamadze bəyan edib ki, Əfqan Muxtarlının oğurlanması Bidzina İvanişvilinin əmisioğlu olan Uça Mamatsaşvilinin biznes-tərəfdaşı olan nüfuzlu azərbaycanl iş adamı tərəfindən sifariş edilib.
Bununla da adı çəkilməyən iş adamı öz rəhbərliyinə hədiyyə etmək istəyib.


Tarqamadze əmindir ki, məhz bu səbəbdən müxalif jurnalist oğurlanaraq Bakıya aparılıb.
O həmçinin qeyd edib ki, jurnalistin oğurlanması əməliyyatından Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri və baş nazir Georgi Kvirikaşvili də xəbərdar olub.
“Bizdə olan mötəbər məlumata əsasən, Uça Mamatsaşvilinin tərəfdaşının beynəlxalq qanunvericiliklə problemi var və onun tutduğu vəzifədən azad edilməsi gözlənilirdi. O da rəhbərliyinə hədiyyə etmək qərarına gəlib. Jurnalistin hansısa yolla Azərbaycana keçirmək ümün Uça Mamatsaşvilidən kömək istəyib”, – deyə Tatqamadze bildirib.
O həmşinin qeyd edib ki, azərbaycanli tərəfdaşını qoruyub saxlamaqda maraqlı olan Uça Mamatsaşvili Azərbaycandan olan bir nəfərin Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Vaxtanq Qomelauri ilə görüşünü təşkil edib. Görüşdə həmçinin onun müavini Soso Qoqaşvili də iştirak edib. Nəticədə bu işi həyata keçirmək Soso Qoqiaşviliyə tapşırılıb.
Keçmiş deputatın versiyasına əsasən, jurnalisti oğurlayanlar kriminal polis geyimində olublar. Onlar junalisti saxlayıb maşına mindiriblər.
Bundan sonra üç dəfə istiqaməti dəyişiblər. əvvəl onu Qarejidən Azərbaycana göndərmək istəyiblər. Ancaq ordan alınmayıb, sonra istiqaməti dəyişib İormuqanlo tərəfə gediblər. Ordan da keçirmək mümkün olmayıb.
Yolda məlumolub ki, Muxtarlının pasportu özü ilə deyil, üstəlik də onun halı pisləşib. Yekunda Soso Qoqaşvilinin zəmanəti ilə jurnalisti “yaşıl sərhəd”də keçiriblər.




Ana səhifəyə qayıt        Baxış: 1 336          Tarix: 1-06-2017, 23:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma