Xəbər lenti

 

“Kanada Ukraynanın “Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737-800” sərnişin təyyarəsinin Tehranda təsadüfən İran raketləri tərəfindən vurulmasını təsdiqləyən kəşfiyyat məlumatları əldə edib”.

“RİA Novosti” xəbər verir ki, bunu Kanadanın Baş Naziri Castin Trüdo bildirib.

Bundan əvvəl “CBC” telekanalı Vaşinqtonun Ottavaya həmin təyyarə qəzasının İrana məxsus zenit-raket komplekslərindən atılan raket zərbəsi nəticəsində baş verdiyini sübuta yetirən kəşfiyyat məlumatları ötürdüyünü xəbər vermişdi.

“Son saatlarda insidentlə bağlı bizə vacib məlumatlar verildi. Təyyarənin İrana məxsus “yer-hava” tipli raketi ilə vurulmasını ortaya qoyan bir neçə mənbədən əldə olunmuş kəşfiyyat məlumatlarına malikik”, – deyə kanadalı dövlət başçısı mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əldə olunmuş məlumatlara əsasən, təyyarə istəmədən vurulub.

Eyni zamanda, Trüdo qəzanın əsl səbəblərini müəyyən etmək üçün nəticə çıxarmağa tələsməməklə, hərtərəfli və şəffaf araşdırma aparmaqla bağlı çağırış edib. (apa)




Ana səhifəyə qayıt        Baxış: 1 709          Tarix: 10-01-2020, 11:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma