San-Fransisko aeroportunda tarixin ən böyük aviaqəzasından son anda yayınmaq mümkün olub. "Report" CBC telekanalına istinadən xəbər verir ki, dispeçer sayıqlığı nəticəsində beş təyyarənin toqquşmasının qarşısı alınıb.
Məlumata görə, insident iyulun 7-də gecə saatlarında baş verub. Torontodan uçan "Air Canada" aviaşirkətinə məxsus sərnişin təyyarəsi səhvən uçuş-enmə zolağına yox, yan yola istiqamət alıb. Həmin an bu yolda göyərtəsində sərnişinlər olan daha 4 təyyarə olub. Beş təyyarədə ümumilikdə beş yüzdən çox sərnişin olub.
Dispetçer yalnız son anda Kanada aviaşirkətinə məxsus laynerin səhv istiqamət aldığını aşkarlayıb və hava gəmisinin komandirinə lazımi informasiyanı ötürə bilib. Pilotun da bacarığı sayəsində təyyarəni əsas enmə zolağına istiqamətləndirmək və uğurlu eniş həyata keçirmək mümkün olub.
Paylaş: