Xəbər lenti

 

Səudiyyə Ərəbistanının “Flyadeal” aviaşirkəti “Boeing 737 Max” tipli sərnişin təyyarələrini almaqdan imtina edib. Şirkət bunun əvəzində Avropa istehsalı olan “Airbus”la razılığa gəlib.

ONA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, ki, aviaşirkət buna qədər 50 “Boeing” təyyarəsi almağı planlaşdırırdı, bu məqsədlə ABŞ istehsalçısı ilə razılıq da əldə olunmuşdu. Ancaq hazırda “Flyadeal” eyni sayda təyyarə ehtiyatını “Airbus A320” tipli hava gəmilərinin hesabına zənginləşdirməyi düşünür. Şirkət Avropa istehsalı olan ilk laynerləri 2021-ci ildən etibarən əldə edə biləcək.

Qeyd edək ki, bu addım “Boeing”in adı ilə bağlı olan İndoneziya və Efiopiyadakı son iki aviaqəza ilə əlaqələndirilir.




Ana səhifəyə qayıt        Baxış: 372          Tarix: 8-07-2019, 09:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma