Xəbər lenti

 

Çin dünyada daha bir ilkə imza atdı. Yer üzündə ən sürətli lift məhz Çində hazırlandı.

Daily Mail xəbər verir ki, Çinin Maliyyə Mərkəzinin binasında Yaponiyanın Hitachi şirkəti tərəfindən maksimal surəti 75,6 km/saat olan lift quruaşdırılıb. Keçirilən sınaqlarda liftin 530 metr məsafəni (binanın damına qədər) 25 saniyə ərzində qət etdiyi sübut olunub. Mühərrik saatda 75,6 kilometr sürət yığa bilir. Liftin yuxarı qalxma sürəti saatda 72 kilometr, eniş sürəti isə saata 36 kilometr təşkil edəcək. Bu rekord göstəricidir.

Xatırladaq ki, bu günə qədər ən sürətli lift də Çində olub. Onun maksimal sürəti 69 km/saat olaraq qeyd olunub.




Ana səhifəyə qayıt        Baxış: 1 247          Tarix: 5-06-2017, 19:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma