Xəbər lenti
 
Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər İdris oğlu Süleymanov barəsində bir neçə materiallar dərc etmişik. İndi isə sözügedən qurum və onun rəhbəri haqda yeni ilginc məlumatlar daxil olub. Bu məlumatlarda Azərbaycanın ərzaq təhlükəsizliyinə açıq sabotaj hesabına formalaşan böyük korrupsiya şəbəkəsindən söhbət gedir. Eyni zamanda Azər Süleymanovun Dövlət Xidmətinin rəisi səlahiyyətlərini müvəqqəti icra etməyə başladığı ilk gündən Kənd Təsərrüfatı Nazirliyindəki havadarlarından stimul alaraq baytarlıq sistemində olan böyük kadr potensialını məqsədli şəkildə işdən uzaqlaşdırmağa nail oldu.
Ötən yazımızda Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İdarəsindəki kadr islahatları ilə bağlı ilginc məlumatlar dərc etmişdik və həmin yazımızda göstərmişdik ki, peşəkar baytarlıq mütəxəssisi Səmədov Fəxrəddin cənab Azər Süleymanovun “Rüşvət şəbəkəsində” iştirak etmək “bacarığı” olmadığı üçün Abşeron Rayon Baytarlıq İdarəsinin rəisi vəzifəslndən uzaqlaşdırılaraq onun yerinə tələbə yoldaşı Şəmkir rayonunda Baytarlıq idarəsinin rəisi olmuş Tahir Avdullayev gətirildi. Bunun ardınca cumhuriyyet.az-a üçün Abşeron Rayon Baytarlıq İdarəsinin rayon ərazisində öz xidmətləri üçün müəyyənləşdirdiyi qiymətlər haqda məlumatlar daxil olub. Abşeron qəssabları tərəfindən redaksiyamıza göndərilən “rüşvət qiymətləri”ni diqqətinizə çatdırırıq:
1. Qaramal və ya digər iri heyvanların əti (1 cəmdək ) müayinə- 2 manat, bazardakı qiymət- 6 manat at, yəni 3 dəfə çox.
2. Qoyun və donuz əti ( 1 cəmdək )- müayinə 1 manat, bazardakı qiymət- 5 manat, yəni 5 dəfə çox.
3. Diri quş və quş əti ( 1 baş ) – müayinə 4 qəpik, bazardakı qiymət 50 qəpik.
4. Hazır ət məhsulları- müayinə 2 manat, bazardakı qiymət-10 manat.
5. İçalat, dil, baş, dırnaq və sair-müayinə 50 qəpik, bazardakı qiymət- 3 manat.
6. Balıq (diri, dondurulmuş və ya hisə verilmiş )- müayinə 80 qəpik, bazardakı qiymət 8 manat.
7. Yumurta (topdan satış- 1 partiya 1000 ədəddən artıq)- 80 qəpik, bazardakı qiymət 5 manat.
8. Yumurta (pərakəndə satış- 1 partiya 1000 ədədə qədər)- 20 qəpik, bazardakı qiymət 3 manat.
9. Süd və süd məhsulları, qatıq, pendir və s.- 30 qəpik, bazardkı qiymət 2 manat.
10. Arı balı ( 1 partiya )-1 manat 50 qəpik, bazardakı qiymət 6 manat….
Yuxarıda qeyd etdiyimiz qiymətlərdən göründüyü kimi, 10 qəpik dövlətin cibinə-büdcəyə gedəndə, ondan 15-20 dəfə çox miqdar ayrı-ayrı şəxslərin cibinə gedir. Bu, çox dəhşətli korrupsiya şəbəkəsidir. Biz hələ dövlətin təyin etdiyi tarifə əlavələrdən bəhs edirik. Nəzərə alsaq ki, minlərlə obyekt gizlədilir, uçota alınmır, yığılan rüşvətin miqdarı astronomik rəqəmlə ölçülər. Bizə daxil olan məlumata görə, 1 ət mağazası uçota alınanda 5-i kənarda qalır. Mötəbər mənbənin bildirdiyinə görə, hər baytarlıq laboratoriya müdiri dövlətin hesabına 300 manat keçirib, 10-15 min manatı öz cibinə qoyur, 5 min də yuxarı verir. Biz hələ ölkəyə gətirilən heyvan və heyvandarlıq məhsullarından bəhs etmirik. Təsəvvür edirsiniz ölkəyə daxil olan hər kiloqram ətə, yağa, pendirə, kolbasaya və s. görə Dövlət Baytarlıq Xidməti işçilərinin ciblərinə nələr daxil olur. Hələ ət kəsim obyektləri, kolbasa, sosiska sexləri və digər “toçka”lardan hansı miqdarda rüşvət yığılır (Regionxəbərləri.com).



Ana səhifəyə qayıt        Baxış: 1 488          Tarix: 3-04-2017, 10:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma