Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Bir müddət əvvəl Bakıxanov qəsəbəsilə Nizami rayonu arasında yerləşən bir parkın başına gətirilən müsibətlərdən yazmışdıq. “Sabunçu rayonunda canlı aləm diri-diri basdırılır” sərlövhəli yazımızda sözügedən parkın torpaq altında basdırıldığından bəhs etmiş və iddiamızı təsdiqləyən foto-şəkilləri oxucularla paylaşmışdıq.
Yazı dərc olunduqdan sonra yerli sakinlərdən aldığımız məlumata görə, park ağacların boyunu aşan torpaq tullantılarından təmizlənməyə başlanılıb. Məlumatda ağır yük maşınlarının tullantıları dayanmadan parkdan naməlum istiqmətə daşımaları nəticəsində təbiətin bu gözəl guşəsinin əvvəlki vəziyyətə qaytarıldığı bildirilirdi.
İnformasiyanı yerində yoxlamaq üçün Moderator.az əməkdaşları sözügedən ərazidə olub və deyilənlərin həqiqət olduğunu təsbit ediblər.
Biz də saytımız adından Sabunçu rayon icra hakimiyyətinə ictimai fikrə hörmətlə yanaşdığına görə dərin təşəkkürümüzü bildiririk. Ümidvarıq ki, cənab Adil Vəliyevin xüsusi diqqəti nəticəsində Bakının “ağ ciyərləri” yenidən bərpa olacaq və Bakıxanov ərazisi əvvəlki yaşıllığına geri dönəcək.
Parkın indiki halı:
Parkın bir müddət əvvəlki halı:
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar