Xəbər lenti

 

Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində hərbi hissənin artilleriya anbarında baş verən partlayışlarda 4 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yaralılardan ikisi Açinsk şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, tibbi yardım göstəriləndən sonra onlar evə buraxılacaqlar.

Partlayış baş verən anbarda 45 min mərminin olduğu bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, anbarın yaxınlığında yerləşən yaşayış məntəqələrində yaşayanların təxliyəsinə qərar verilib.

Artıq Yeni Uluy və Kamenka kəndlərindən əhalinin təxliyəsinə başlanılıb.

***

16.05

Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində hərbi hissənin ərazisində partlayış və yanğın baş verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Vahid Dispetçer Xidmətinin məlumatında bildirilir ki, bütün rəhbərlik hadisə yerinə yollanıb. Təxliyyə haqda hələlik məlumat yoxdur. Hadisə baş verən ərazinin yaxınlığında Kamenka kəndi yerləşir. 

İlkin məlumata görə, yanğın artilleriya anbarında qeydə alınıb. Yanğının mərmi partlaması nəticəsində baş verdiyi bildirilir.

Açinsk şəhərinin yerli hökumət nümayəndələri əhaliyə hərbi hissə tərəfə getməməyi məsləhət görüb.




Ana səhifəyə qayıt        Baxış: 385          Tarix: 5-08-2019, 18:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma