Xəbər lenti

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Hadisə şəhərin Ü.Hacıbəyli küçəsində yerləşən "Texniki Rezin" ASC-nin fəhlələr üçün nəzərdə tutulan yataqxanada baş verib. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi səfərbər edilib. Yanğın zamanı xəsarət alanların olduğu bildirilir. Yaralılara ilkin tibbi yardım göstərilməsi üçün Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. (Report)

***

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb. 

"Report"un Şirvanm bürosu xəbər verir ki, yanğın beşmərtəbəli binanın üçüncü mərtəbəsindən başlayıb. Yanğın zamanı binanın sakinləri təxliyə edilib. Sakinlərdən 6 nəfər xəsarət alıb. Onlardan 3 nəfərinin vəziyyəti ağır olduğu üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Digə 3 yaralıya isə hadisə yerində həkimlər tərəfindən ilkin tibbi yardım göstərəlib. Xəstəxanaya yerləşdirilənlərin tüstüdən zəhərləndiyi bildirilir. 

Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir. 

 




Ana səhifəyə qayıt        Baxış: 806          Tarix: 26-03-2018, 16:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma