Xəbər lenti

Ədliyyə Nazirliyi Penitensiar Xidməti elektrik enerjisinin verilişində yaranan problemə görə cəzaçəkmə müəssisələrindəki vəziyyətə aydınlıq gətirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında deyib ki, artıq cəzaçəkmə müəssisələrinin hamısında elektrik enerjisinin təminatı bərpa olunub. Onun sözlərinə görə, enerji fasiləsi yaranan zamanda da ehtiyat dizel mühərriiklərinin köməkliyi ilə müəssisələrin hamısına elektrik enerjisi verilib.

Qeyd edək ki, Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında qəza nəticəsində yanğın baş verib. İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində Bakı və Sumqayıt şəhərləri də daxil olmaqda, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar sönüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, yanğın söndürülüb.

 




Ana səhifəyə qayıt        Baxış: 711          Tarix: 3-07-2018, 12:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma