Xəbər lenti

Ötən gün Bakıda cəzaçəkmə müəssisində hərbçi yoldaşı tərəfindən güllələnən əsgərin səhhəti barədə rəsmi açıqlama verilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Publika.az-a bildirib ki, ötən gün qolundan yüngül güllə xəsarəti alan əsgərin vəziyyəti qənaətbəxşdir.

Qeyq edək ki, ötən gün Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub. Hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 624          Tarix: 11-06-2018, 11:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma