Rusiyanın mərkəzi hissəsinə Misirdən və Cənub Şərqi Asiyadan Denge, Çikungunya, Zika və sarı qızdırma viruslarının daşıyıcıları olan təhlükəli həşəratlar köç edib. Qeyd olunur ki, cənub bölgələrində artıq müəyyən xəstəliklərin yayılması qeydə alınıb. Alimlər xəbərdarlıq edirlər ki, ağcaqanadın bir turisti belə, sancmasından sonra epidemiya bütün bölgəni əhatə edə bilər. Bu qorxunc xəstəlik Azərbaycanda da ölümlərə səbəb olur.
Elm adamları bildirib ki, qlobal istiləşmə ilə əlaqədar olaraq, Rusiyanın cənubuna iki növ ağcaqanad – "Aedes aegypti" və "Aedes albopictus" köç edib. Birinci növ ayaqları və arxasındakı ağ işarələr, ikincisi isə ləkəli qarın və ayaqlarda qara və ağ zolaqlar ilə asanlıqla tanınır. Hər iki növ ağcaqanad insanlarda və heyvanlarda daxili orqanlara ciddi ziyan vuran "Dirofilaria" cinsinin filamentoz qurdlarının sürfələrini də daşıyır.
Bu həşəratların və onların gətirdiyi qorxunc xəstəliklərin Azərbaycana keçməsi mümkündürmü?
S.Məmmədov qeyd edib ki, bu xəstəliklərin digər ölkələrdən Azərbaycana keçməməsi üçün müvafiq tədbirlər hər zaman görülüb: "İndi də müəyyən viruslar üzrə vəziyyət nəzarətdədir”.
Paylaş: