Xəbər lenti

 

Suraxanı Rayon Məhkəməsi Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Mehdiyev Qalib Tücarət oğlunun 4000 manat inzibati cərimə edilməsi barədə qərarını ləğv edib.

"Report"un xəbərinə görə, ƏMDK 16 iyun 2017-ci ildə İnzibati Xətalar Məcəlləsinin 248.1-ci (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması) maddəsi inzibati tənbeh vermə haqqında qərar qəbul edib.

Həmin qərardan Mehdiyev Qalib Tücarət oğlunun verdiyi şikayəti 7 iyun 2019-cu ildə Suraxanı Rayon Məhkəməsi təmin edib.

Cərimənin ləğv edilməsi barədə qərardan Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi şöbəsinin müdir vəzifəsini icra edən E.C.Eminov tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, bu əmələ görə fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.




Ana səhifəyə qayıt        Baxış: 541          Tarix: 16-10-2019, 10:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma