Həbsdə olan bloger Mehman Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Publika.az-ın xəbərinə görə, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə baş tutan prosesdə Mehman Hüseynovun vəkili Faud Ağayev çıxış edib.
O bildirib ki, müvəkkili çıxışa hazır deyil.
Vəkil Mehman Hüseynovun çıxış etməsi üçün məhkəmədən vaxt istəyib.
Növbəti iclas noyabrın 16-da davam edəcək.
Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. Suraxanı rayon Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 2 il müddətə azadlıqdan məhrum edilib.
O, hökmdən apelyasiya şikayəti verib, bəraət istəyib. Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Sentyabrın 29-da Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyilə baş tutan prosesdə Bakı Apelyasiya Məhkəməsinin həmin qərarə qərarı ləğv edilib, iş yenidən geri qaytarılıb.
Mehman Hüseynov bu ilin yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb.
Azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər. DİN məlumatı təkzib edib və blogerin böhtan atdığı barədə açıqlama yayıb.
Paylaş: