Xəbər lenti

Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə Xətai Rayon İcra Hakimiyyəti arasında məhkəmə çəkişməsi başa çatıb.

“Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində İcra Hakimiyyətinin apellyasiya şikayəti üzrə qərar elan olunub.

Qərara əsasən, Xətai Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, “Azərsu” ASC Bakı şəhəri, Xətai Rayon İcra Hakimiyyətini məhkəməyə verib. “Azərsu” sərəncamların etibarsız hesab edilməsi və kanalizasiya kollektorunun üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında inşa edilmiş tikililərin sökülərək mühafizə rejiminin təmin edilməsi barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib. Qərardan narazı qalan Xətai Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verib.

Üçüncü şəxslər qismində isə Rəsul Xələf oğlu Rəsulov və Nicat Davud oğlu Hacıyev göstərilib.




Ana səhifəyə qayıt        Baxış: 728          Tarix: 9-12-2017, 11:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma