Xəbər lenti

 

Bu gün dünyada minlərlə qız və oğlan bütün üsullarla arzuladıqları bədən quruluşuna nail olmağa çalışır.
Təcrübəsizlik üzündən onlar bunun gələcəkdə dəhşətli nəticələrə gətirib çıxara biləcəyi haqda düşünmür. Müxtəlif pəhrizlərə əməl edən bir çox qızlar nəticədə arzuladıqları bədən quruluşuna sahib olur, amma onlar artıq dayana bilmir və özlərini ac saxlamağa davam edir. Bu isə anoreksiyanın inkişafına gətirib çıxarır, hansının ki müalicəsi çətindir və insan ölümünə səbəb ola bilər.
 
Medicina.az qafqazinfo-ya istinadən, anoreksiya səbəbindən ömrü yarıda qalan 5 nəfəri təqdim edir:
Valeriya Levitina (25 kiloqram)
Valeriya Levitina uzun müddət dünyanın ən arıq qadını olub.Onun boyu 171 sm., çəkisi isə 25 kiloqram idi. 16 yaşında o, 64 kiloqram idi. Yeniyetməlik dövründə o, müxtəlif pəhrizlər saxlamağa başladı. 20 yaşında Levitinaya anoreksiya diqnozu qoyuldu, amma o, artıq dayana bilmirdi və arıqlamağa davam edirdi. Qız düz 19 il bu xəstəliklə mübarizə apardı, amma təəssüf ki, qalib gələ bilmədi və 39 yaşında vəfat etdi.
 
Hila Elmaliax (22 kiloqram)
İlanit "Hila" Elmaliax Valeriya Levitanın imza atdığı "rekordu" qıra bilib. Onun boyu 172 sm. olduğu halda çəkisi 22 kiloqram idi. 13 yaşında ona anoreksiya diaqnozu qoyulmuşdu. Arıq olmasına baxmayaraq, Hila uzun illər İsrailin ən uğurlu modellərindən biri idi. Qız 34-cü doğum günündə dünyasını dəyişdi.
 
İzabel Karo (28 kiloqram)
İzabel Karonun ölümünə səbəb anası olub. Qadın qızın böyüdükdən sonra onu atıb gedəcəyindən qorxurmuş. Bu səbəbdən ana qızına yemək vermirdi. İzabel gündə iki tikə şokolad və bir neçə dənə qarğıdalı lopası yeyə bilərdi. Ana qızına evdən çıxmağı da qadağan etmişdi. Onun fikrinə görə, təmiz havada uşaqlar daha yaxşı böyüyür. Qız anasını məyus etmək istəmirdi. O, nadir hallarda küçəyə çıxır və, demək olar, heç nə yemirdi. Dünya Karo haqda xəbər tutanda, həkimlər ona kömək etmək qərarına gəldi. Onların köməkliyi ilə qız bir az kökəldi. Amma artıq çox gec idi, orqanizm bərpa oluna bilmədi və İzabel 28 yaşında vəfat etdi.
 
Ceremi Cillttser (30 kiloqram)
Həddindən artıq arıqlığı ilə bacarmayan Ceremi 38 yaşında dünyasını dəyişdi. Həmin vaxt onun çəkisi 30 kiloqram idi. Onun vəfatı kişi anoreksiyasının qəbul edilməsinə bəhanə oldu. Çox yaraşıqlı olan Cerimi atletik bədən quruluşuna sahib idi. Model işləyən gənc daim çox kök olması haqda düşünürdü. Onun gündəlik rasionu yarım almadan və balaca sendviçdən ibarət idi. Bundan əlavə, Cillittser daim idmanla məşğul idi. Dişləri tökülməyə başlayanda və digər sağlamlıq problemləri yarananda Ceremi başa düşdü ki, dayanmaq vaxtıdır. Amma artıq gec idi...
 
 
Ana Karolina Reston (40 kiloqram)
Ana məşhur braziliyalı model idi və tanınmış brendləri reklam edirdi. 13 yaşında gözəllik müsabiqələrinin birində qalib olan qızı dəb nümayişində iştirak etməyə dəvət etdilər. Lakin o, özünü ideal hesab etmirdi və daha da incə görünmək qərarına gəldi. Qız yalnız pomidor və alma yeməyə başladı.
2006-cı ilin payızında Ana xəstəxanaya düşdü, ona əsəb anoreksiyasından yaranan böyrək çatışmazlığı diaqnozu qoyuldu. Həmin vaxt onun çəkisi 40 kiloqram, boyu isə 173 sm. idi. Bədən çəkisinin indeks göstəricisi 13,4 idi. Bu isə normadan (16) aşağı hesab olunur. Üç həftədən sonra Ana dünyasını dəyişdi. Onun 21 yaşı var idi.



Ana səhifəyə qayıt        Baxış: 467          Tarix: 17-10-2019, 14:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma