Xəbər lenti

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda 16 milyon funt sterlinqi necə və hara xərclədiyini üzə çıxardığı üçün Böyük Britaniyanın Milli Cinayət Agentliyinin tədqiqatçısı (MCA) Nicola Bartlett beynəlxalq mükafata layiq görülüb. 
Unikal.org Britaniya KİV-nə istinadən xəbər verir ki, Nicola Bartlett  Zamirə Hacıyevanın Londonda sərvətini üzə çıxardığı üçün 14 illik "Keith Hughes" mükafatında fərdi kateqoriya üzrə qalib olub.
O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində araşdırma aparıb və Zamirə Hacıyevanın cinayətlərini üzə çıxarıb. 
Qeyd edək ki, Zamirə Hacıyeva 2018-ci ilin oktyabr ayında Böyük Britaniyanın İzahedilməz Sərvət Sərəncamının  ilk hədəfi olan şəxs kimi tarixə düşüb. 

Hacıyevanın sərvətini üzə çıxaran şəxs mükafat aldı -FOTO

Hacıyevanın sərvətini üzə çıxaran şəxs mükafat aldı -FOTO




Ana səhifəyə qayıt        Baxış: 799          Tarix: 26-11-2019, 12:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma