"Foreign Policy" jurnalı Qorbaçovun pizza reklamına çəkilmə səbəbindən yazıb.
Muxalifet.az xəbər verir ki, ABŞ-ın Massaçuset universitetinin politologiya kafedrasının dosenti Amherste Pol Masqreyv reklam çarxının tarixi barədə danışıb.
İddiaya əsasən, SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov ABŞ-ın "Pizza Hut" şəbəkəsinin reklamına, öz fonduna pul əlavə etmək məqsədilə çəkilib.
Masqreyvin sözlərinə görə, 1996-cı ildə Qorbaçov seçkilərdə məğlub olduqdan sonra fondun fəaliyyətini davam etdirməyə imkanı çatmırdı. Mühazirələrdən əldə olunan vəsait və aldığı pensiya isə çox az idi:
"1990-cı ildə bazara daxil olan "Pizza Hut", Rusiya bazarındakı rəqiblərini kənarlaşdırmaq üçün geniş kampaniyaya başladı. Şirkətin Rusiya bazarında siması Qorbaçov seçildi. O, uzun tərəddüddən sonra öz şərtləri çərçivəsində çəkilişə razılıq verdi. Lakin pizzanı yeməkdən imtina etdi və son ssenarini özü təsdiqlədi. Reklama Qorbaçovla bərabər nəvəsi Anastasiya da çəkildi. Keçmiş prezidentin aldığı qonorar isə açıqlanmadı. İndiki məbləğlə hesablasaq, 1 milyon dollar ola bilər".
Paylaş: