SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Rusiya və ABŞ liderlərini nüvə silahlarının ixtisarı və strateji sabitliyin möhkəmləndirilməsi probleminin müzakirəsi üçün tam formatlı görüşə çağırıb.
Qorbaçov bu haqda “Rossiyskaya Gazeta” nəşrinə açıqlamasında bildirib.
“Mən Rusiya və ABŞ prezidentlərinə müraciət edirəm. İki ölkə arasında münasibətlər kəskin böhran vəziyyətindədir. Vəziyyətdən çıxış yolları axtarmaq lazımdır. Bunun üçün sınanmış vasitə var: qarşılıqlı hörmətə əsaslanan dialoq”, - Qorbaçov deyib.
Onun sözlərinə görə, nüvə silahının ixtisarı üzrə sistem dağılarsa, bunun nəticələri faciəli olacaq.
SSRİ sabiq prezidenti vurğulayıb ki, orta və kiçik mənzilli raketlərin qadağası haqqında müqavilənin (RSMD) xilas edilməsi ən böyük nüvə dövlətlərinin öz məsuliyyətini anladığına dair güclü siqnal olacaq.
“Hər şey daha sakit olacaq, nəhayət, Rusiya və ABŞ arasında münasibətlər ölü nöqtədən tərpənəcək”, - Qorbaçov izah edib.\Publika.az\
Paylaş: