Xəbər lenti

 SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov NATO-nun şərqdə genişlənməsinin qarşısını almaması ilə bağlı tənqidi fikirləri haqsız hesab edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə çərşənbə axşamı, iyunun 13-də, İnterfax nəşri məlumat yayıb.

“Qorbaçovun “səhvinə” qaldıqda isə, həmin vaxt bu məsələni hətta müzakirə etmək belə qeyri-mümkün idi. 1991-ci ilin iyul ayına qədər iki hərbi-siyasi blok var idi — NATO və Varşava Müqaviləsi Təşkilatı. VMT ölkələri bu məsələni qaldırmayıblar”, - keçmiş prezident izah edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində Qorbaçovun ABŞ və NATO ilə alyansın şərq sərhədinin Almaniya Demokratik Respublikası çərçivəsində (1949-1990-cı illər) saxlanılmasına dair hüquqi müqavilə rəsmiləşdirməməsini böyük səhv adlandırıb.




Ana səhifəyə qayıt        Baxış: 1 053          Tarix: 13-06-2017, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma