Xəbər lenti

 

İranın Səhiyyə Nazirliyinin İnfeksion Xəstəliklər Şöbəsinin rəhbəri Hüseyin İrfaniyan son bir həftə ərzində ölkədə qrip epidemiyasından 4nəfərin öldüyünü bildirib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Şöbə müdiri bununla da sentyabrdan indiyə kimi İranda qrip epidemiyasından həyatını itirənlərin sayının 100 nəfəri ötdüyünü söyləyib.

İrfaniyan son bir həftədə 2388 nəfərin tənəffüs yolundakı problemlərdən şikayətlənərək xəstəxanalara müraciət etdiklərini vurğulayıb.

O, bildirib ki, paytaxt Tehran və Rezevi Xorasan əyalətində 1, Şərqi Azərbaycan əyalətində isə 2 nəfər epidemiyadan həyatını itirib. İrfaniyan sentyabrdan bəri qripdən ölənlərin sayının 110 nəfərə çatdığını vurğulayıb.

Son aylar İranın Gülüstan, Mazandaran, Kirman, Ahvaz və digər əyalətində H1N1 virusu (donuz qripi) aşkarlanıb.




Ana səhifəyə qayıt        Baxış: 792          Tarix: 30-12-2019, 08:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma