Xəbər lenti

 

Noyabrın 21-i qoyun otarmaqdan gəlirdim. Nərmin mənimlə nənəsinin evinin yanına qədər gəldi.

Bu sözləri Axar.az-a açıqlamasında Tovuz rayonunun Donar Quşçu kəndində itkin düşən və yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qohumu Maarif Quliyev deyib.

O bildirib ki, Nərmini sonuncu görən insan məhz özü olub:

“Soruşdum, hara gedirsən, dedi, nənəmgilə. Söhbət edə-edə gəlirdik. Dedim, ay qızım, neçədə oxuyursan? Dedi, beşinci sinfə keçdim. Qiymətlərini soruşdum, “4”, “5” aldığını dedi. Mən də ona dedim ki, sağlıq olsun, altı ildən sonra ali məktəbə qəbul olsan, sənə xüsusi hədiyyəm olacaq. Allah rəhmət eləsin... Bu əməli törədələrin qanında erməni qanı var”.

M.Quliyev həmin gün Nərminin davranışlarında hər hansı şübhəli məqam hiss etmədiyini deyib.

Xatırladaq ki, 10 yaşlı Nərmin Quliyeva 21 noyabr tarixində qonşuluqda olan əmisigilin evinə atasının gödəkcəsini götürmək üçün gedib. Gödəkcəni götürdükdən sonra isə yoxa çıxıb.

Hadisədən iki ay sonra 10 yaşlı N.Quliyevanın yanmış meyiti kənd ərazisində aşkarlanıb. 




Ana səhifəyə qayıt        Baxış: 497          Tarix: 8-01-2020, 15:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma