Xəbər lenti

 

Nərmin Quliyevanın qətli barədə məlumatım var. Sadəcə, xəstəyəm deyə ailəyə baş çəkə bilmədim.

Bu sözləri Axar.az-a açıqlamasında 104 saylı Gədəbəy-Tovuz seçki dairəsini təmsil edən Milli Məclisin V çağırış deputatı Rafiq Məmmədhəsənov deyib. O, ağır qrip olduğu üçün bununla bağlı köməkçisinə tapşırıq verdiyini bildirib:

“Köməkçimə tapşırmışam ki, gedib ailəyə baş çəksin”.

R.Məmmədhəsənov N.Quliyevanın qətlini vəhşilik adlandırıb:

“Çox böyük vəhşilikdir. 10 yaşında qız uşağının nə günahı olar bilərdi ki, onu belə vəhşiliklə öldürüblər?! Bu cinayəti törədənlər ermənidən də pisdir”.

Qeyd edək ki, Dondar Quşçu kəndi 104 saylı Gədəbəy-Tovuz seçki dairəsinə aiddir.




Ana səhifəyə qayıt        Baxış: 440          Tarix: 8-01-2020, 15:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma