Xəbər lenti

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyevanın sözlərinə görə, bir müddət davam edən anomal isti hava şəraitindən sonra fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq havanın kəskin dəyişəcəyi, Bakıda və Abşeron yarımadasında əsən cənub küləyinin güclü şimal küləyi ilə əvəz olunacağı gözlənilir. Fevralın 9-dan 10-u gündüzədək küləyin maksimal sürəti 30-35 m/s, bəzi ərazilərdə 38-40 m/s-dək şiddətlənəcək.

ETSN bu müddətdə əhaliyə daha diqqətli olmağı, iri ağacların altında maşınları saxlamamağı, tikinti aparılan ərazilərdən kənar keçməyi, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamağı tövsiyə edib.

Bakıda və Abşeronda fevralın 8-də gözlənilən yağıntının fevralın 9-da sulu qara və qara keçəcəyi gözlənilir, bəzi yerlərdə intensiv yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 15-18 dərəcə aşağı enəcək. Fevralın 9-da gündüz 0-3 dərəcə isti, axşama doğru və 10-na keçən gecə və səhər 0-4 dərəcə şaxta olacağı gözlənilir. Buna görə də fevarlın 9-dan 10-na və 10-dan 11-nə keçən gecə və səhər saatlarında yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında fevralın 7-si axşam şimal və qərb rayonlarından başlayaraq 11-dək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyinin güclənəcəyi, arabir şiddətlənəcəyi gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə aşağı enəcək. Yolların buz bağlayacağı ehtimalı var.

Nazirlik hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq, meteohəssas insanların da səhhətlərinə qarşı diqqətli olmasını tövsiyə edib.Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 645          Tarix: 7-02-2020, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma