Xəbər lenti


Bakıda sakinlər yaşadıqları binadakı antisanitar vəziyyətdən narazıdır.

Oxu.Az xəbər verir ki, bu barədə bina sakinlərindən redaksiyamıza daxil olan müraciətdə qeyd olunub. Söhbət paytaxtın Xətai rayonu, Babək prospekti 90 ünvanından gedir.

Sözügedən ünvanda yerləşən doqquzmərtəbəli yaşayış binasının sakinləri zirzəmidə tüğyan edən antisanitar vəziyyətdən şikayətçidir:

“Artıq bir aya yaxındır zirzəmi üfunət vəziyyətdədir. Kanalizasiya boruları partlayıb. Zirzəmiyə pinti su dolub. Qoxudan bina sakinləri evdə otura bilmir. Birmənalı şəkildə xəstəlik yuvasıdır.

Bundan əvvəl bu kimi hal baş vermişdi. Mən düzəltdirmişdim.

İcra Hakimiyyətinə, Mənzil-Kommunal Təsərrüfat İdarəsinə, “Azərsu” ASC-yə müraciət etmişik, məsələyə baxan yoxdur. Bununla bağlı artıq yuxarı instansiyalara da müraciət ünvanlamışıq.

Bu şəkildə yaşamaq olmaz.

Ölkədə müşahidə edilən mövcud vəziyyətlə bağlı bu cür antisanitar şəraitə reaksiya verməmək düzgün deyil”.





Ana səhifəyə qayıt        Baxış: 1 608          Tarix: 28-05-2020, 18:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma