Xəbər lenti


Hurriyyet.org xəbər verir ki, Fransa ilə Almaniya Türkiyə ilə konstruktiv dialoq aparmaq istədiklərini bildirib. Digər tərəfdən isə Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasındakı gərginliklə bağlı Avropa İttifaqı Komissiyası da açıqlama verib.

Fransanın Xarici İşlər naziri Jan İv Lö Drian ilə Almaniyanın Xarici İşlər naziri Hayko Maas Fransanın paytaxtı Paris şəhərində Avropada çalışan Fransa səfirlərinə açıqlamalar veriblər.

Lö Drian, Türkiyənin Şərqi Aralıq dənizində Avropa İttifaqı ölkəsinin dəniz sahəsini pozduğunu və bunun qəbuledilməz olduğunu bəyan edib. Təhlükəsizlik məsələsini başqa aktyorlara etibar eləməyin səhv olacağını iddia edən Lö Drian deyib: “Avropa İttifaqı dialoqa hazırdır. Türkiyəni sərt şəkildə qınamaq və ona qarşı sanksiya tətbiq eləmək lazım gəlsəydi, Aİ bunu edərdi. Ankara ilə daha konstruktiv dialoqun şərtlərini yaratmaq üçün bütün diplomatik yolları hərəkətə keçirdik. Bu məsələdə Almaniya ilə Fransa həmfikirdir”.

Maas da Türkiyənin Liviyada və Şərqi Aralıq dənizində “qeyri-sabitlik yaradan” siyasət yürütdüyünü iddia  edərək, bunu qəbul elməyəcəklərini qeyd edib.

Aİ üzvü olan ölkələrin, Yunanıstan və Cənubi Kipr yunan Respublikasının suverenliklərini qoruyacaqlarını bildirən Maas deyib: “Bu həssas vəziyyətdən çıxış yolumuz ancaq dialoq ola bilər. Bu səbəbdən Borel və Mövlud Çavuşoğlunun dialoq prosesini dəstəkləyirik. Gərginliyin azalması üçün 24 senytabr tarixinə qədər əlimizdən gələni edəcəyik”.

Avropa İttifaqı Komissiyasının açıqlamasında isə Türkiyənin Şərqi Aralıq dənizində atdığı addımlardan narahat olduqları qeyd edilib. Açıqlamada deyilir: “Gərginliyi artıracaq birtərəfli addımlar əvəzinə, Türkiyə ilə dialoqa ehtiyac vardır”.




Ana səhifəyə qayıt        Baxış: 3 060          Tarix: 31-08-2020, 16:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma