Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşdə Aralıq dənizinin şərqindəki gərginlik, Çin, ABŞ, Rusiya və Türkiyə ilə münasibətlər müzakirə olunub.
Görüşdən sonra mətbuat konfransında çıxış edən Merkel Aralıq dənizinin şərqində gərginliyə yox, sabitliyə ehtiyaclarının olduğunu deyib: “Amma hazırda orada vəziyyət kritikdir”.
Onun sözlərinə görə, Almaniya və Fransa öz güclərini birləşdirsə, bundan müsbət nəticələr əldə etmək olar. Eyni zamanda, Avropa İttifaqı üzvlərinin suverenliyinə hücumların qəbul edilməyəcəyini bildirib.
Merkel Yunanıstan və Türkiyə arasında dialoqun bərpa olunmasına səy göstərdiklərini də diqqətə çatdırıb.
Fransa Prezideti Makron isə Aİ-nin Aralıq dənizinin şərqindəki hegemonluğunun qorunmasının vacibliyinə diqqət çəkib.
Fransanın Yunanıstan və Cənubi Kiprlə həmrəy olduğunu deyən Makron bildirib ki, Berlin və Paris Aralıq dənizinin şərqində sabitliyin bərqərar olması məsələsində həmfikirdir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar