Xəbər lenti


Almaniyanın Federal təbib palatası (BÄK) Rusiya Həkimlər Təşkilatının prezidenti Leonid Roşalın müxalif siyasətçi Aleksey Navalnının zəhərlənmə hadisəsini birgə araşdırmaq təklifini rədd edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Alman dalğası” portalı məlumat yayıb.

Federal qurum bu məsələnin birbaşa dövlətin preroqativi olduğunu bəyan edib. “BÄK” Almaniya qanunvericiliyinin bundan sonra yalnız Aleksey Navalnının yaxın qohumlarının növbəti araşdırmaya icazə verə biləcəyini vurğulayıb.

“A.Navalnının tibbi məlumatları hər kəsə açıqdır. Buna görə də ölkə həkimləri tərəfindən həyata keçirilən tibbi müayinənin keyfiyyətinə şübhə etmək üçün heç bir əsas yoxdur”, - deyə, Federal Təbib Palatasının yaydığı sənəddə bildirilir.

Xatırladaq ki, Leonid Roşalın məlum təklifi Aleksey Navalnın xanımı Yuliya Navalnaya tərəfindən sərt şəkildə rədd edilib. Xanım Navalnaya Rusiyanın ən tanınmış tibb adamlarından birini həyat yoldaşına “canı yandığı üçün deyil, hakimiyyətə xidmət göstərməkdən ötrü belə bir təklif etdiyini” bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 210          Tarix: 8-09-2020, 20:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma