Baltik dənizində Vıborq körfəzinin adalarından birində Rusiya prezidenti Vladimir Putin üçün yeni iqamətgah tikilib.
Ovqat.com-un məlumatına görə, bu haqda Vıborq rayonunun administrasiyasına yaxın mənbə Rusiyanın "Dojd" nəşrinə danışıb.
“2010-cu ildən sonra orada Putin üçün iqamətgah tikməyə başladılar. O, ən azı bir dəfə orada dincəlib”, - nəşrin həmsöhbəti deyib.
Nəşr aydınlaşdırıb ki, söhbət Lodoç adasından gedir./Publika.az/
Mövzuya dair fotolar: