Xəbər lenti

  Rusiya prezidenti Vladimir Putin ümid edir ki, onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü mövcud regional problemlərin həllinin axtarışına kömək edəcək. Virtualaz.org bildirir ki, bu barədə “İnterfaks” xəbər verib.

“Sizinlə ikitərəfli münasibətlərimiz və sadə olmayan regional vəziyyət barədə söhbət etmək imkanı üçün şadam”, - Soçidə ikitərəfli görüşün başlanğıcında İlham Əliyevə müraciətlə Vladimir Putin bildirib.

“Ümid edirəm ki, bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını birlikdə axtarmağımız üçün yardımçı olacaq və əlbəttə ki, Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin inkişafı barədə də danışacağıq”, - Rusiya prezidenti əlavə edib.

Vladimir Putin qeyd edib ki, Moskva ilə Bakının gələcəyə yəönəlmiş bir çox birgə planları var. “Sizinlə görüşmək və bütün bu istiqamətlər üzrə söhbət etmək imkanına şadam”, - rusiyalı lider bildirib.

O qeyd edib ki, İlham Əliyevlə görüşə “Sirius” tədris mərkəzində görüşdən sonra gəlib. “Həmin layihənin necə inkişaf etdiyinə çox şad oldum, sizə də məmnuniyyətlə bu barədə danışacağam”, - dövlət başçısı azərbaycanlı həmkarına deyib.




Ana səhifəyə qayıt        Baxış: 820          Tarix: 21-07-2017, 23:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma