Xəbər lenti


Ermənistanın eks-prezidentləri və Qarabağdakı separatçı-terrorçu rejimə rəhbərlik etmiş şəxslər martın 25-də, İrəvanda görüşüblər.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, görüşdə Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan, Arkadi Qukasyan və Bako Saakyan iştirak edib. Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan deyib ki, görüş zamanı müharibədən sonrakı vəziyyət və hadisələrin gələcək mümkün inkişafı müzakirə olunub.

Qeyd edək ki, eyni gündə baş nazir Nikol Paşinyan və XİN başçısı Ara Ayvazyan Qarabağ terrorçularının rəhbəri Araik Arutyunyanla görüşüb.



Ana səhifəyə qayıt        Baxış: 3 532          Tarix: 26-03-2021, 17:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma