Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətdə respublikanın keçmiş prezidentləri Arsax Arkadi Qukasyan və Bako Saakyanla görüş keçirib.
Ovqat.com erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağdakı mövcud vəziyyət müzakirə olunub.
Paşinyanın son günlər ölkənin müxtəlif kəsimləri ilə bu məsələni müzakirə etməsi diqqətdən yayınmır. Ötən gün o, parlamentdənkənar siyasi qüvvələrin liderləri ilə görüş keçirmiş və qonaqlarının suallarını cavablandırmışdı. Ardından Ermənistan Təhlükəsizlik Şurasının növbədənkənar iclası çağırılmışdı.
İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan prezidenti Armen Sarkisyan, bütün ermənilərin Ali Patriarxı və Katolikosu II Qaregin, "Mənim addımım" parlament fraksiyasının rəhbəri Lilit Makunts, "Ermənistan ziyalıları" parlament fraksiyasının rəhbəri Edmon Marukyan, MŞ-nin Xarici əlaqələr üzrə Daimi Komissiyasının sədri Ruben Rubinyan, MŞ-nin müdafiə və təhlükəsizlik məsələləri üzrə Daimi Komissiyasının sədri Andranik Koçaryan, "Çiçəklənən Ermənistan" parlament fraksiyasının nümayəndəsi Arman Abov da iştirak etmişdilər. Geniş tərkibli iclasda hansı qərarın çıxdığı bilinmir. Amma o məlumdur ki, Təhlükəsizlik Şurasının iclası bütün ermənilərin katolikosunun duası ilə başlamışdı.
Belə görünür ki, Ermənistan hakimiyyəti ümidini Allahın möcuzəsinə və II Qareginin müqəddəs duasına bağlayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar