Xəbər lenti

 
Ermənistan müdafiə naziri Vaqarşak Harutyunyan bu gün rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparıb.
 
Ovqat.com xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
 
Məlumata görə, İki ölkənin müdafiə nazirləri Qarabağdakı Rusiya sülhməramlı missiyasının fəaliyyətini və Ermənistan ordusunda başlayan islahatların əsas istiqamətlərini müzakirə ediblər. Tərəflər Birləşmiş Ermənistan-Rusiya qruplaşmasının fəaliyyət perspektivlərinə də toxunublar.
 
Qarabağ məsələsini Ermənistanla müzakirə etmək Rusiyanın Azərbaycanın suverenliyinə qarşı növbəti qəsd kimi qiymətləndirilə bilər.


Ana səhifəyə qayıt        Baxış: 5 138          Tarix: 24-04-2021, 12:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma