Xəbər lenti

 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.
 
Ovqat.com xəbər verir ki, məlumatı Rusiya XİN yayıb.
 
"Söhbət əsnasında, 9-10 oktyabr tarixlərində Moskvada üçtərəfli danışıqlar nəticəsində ortaya çıxan Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət barədə fikir mübadiləsi aparıldı",— Rusiya XİN-in rəsmi saytında bildirilir.
 
Tərəflər Rusiya, Ermənistan və Azərbaycan XİN başçılarının əvvəllər qəbul edilmiş birgə bəyanatının bütün müddəalarına əməl edilməsinin zəruriliyini qeyd ediblər.
 
"Rusiya tərəfi Moskvanın bəyanatının müddəalarını nəzərə almaqla Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunması istiqamətində fəal vasitəçilik səylərinin davam etdirilməsinə hazır olduğunu təsdiqləyib", — deyə mətndə göstərilir.
 
 


Ana səhifəyə qayıt        Baxış: 2 898          Tarix: 11-10-2020, 16:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma