
Xəbər lenti
Bu gün, 11:10
Bu gün, 09:11
Dünən, 22:48
Dünən, 21:48
Dünən, 17:07
Dünən, 16:59
Dünən, 16:00
Dünən, 14:00
Dünən, 11:07
Dünən, 10:38
Dünən, 09:17
11-08-2025, 23:30
11-08-2025, 23:00
11-08-2025, 21:12
11-08-2025, 20:30

“Lakin Ermənistanın siyasi qüvvələri döyüş əməliyyatlarının tezliklə dayandırılması barədə konsesunsa gələ bilmədilər. Həmin günlər bir çox siyasi qüvvələr hərbi əməliyyatların dayandırılmasını satqınlıq hesab edirdilər”,-o deyib.
Xatırladaq ki, Araik Arutyunyanın Moskvaya getməsi haqda bu günlərdə erməni mənbələri bildirmişdi. Xəbər verilirdi ki, qondarma “prezident” Rusiya xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmaq üçün çağırılıb.
İndi o, müharibədəki məğlubiyyətlərini “keçmişdə yol verilən səhvlərlə” izah edir. Bildirir ki, erməni hərbi-siyasi rəhbərliyi 1994-cü ildə atəşkəsin əldə olunmasından sonra “dünya praktikasından” dərs çıxarmadılar və danışıqlar prosesində üstünlüyə malik olduqları halda daha əlverişli həllə nail ola bilmədilər. Araik erməni tərəfinin məğlubiyyətinin onun güzəştsiz mövqeyi ilə bağlı olduğunu da deyir. “Çünki biz daim təkrar edirdik: bir qarış da torpaq vermərik”,-o bildirib.
Araik Arutyunyan Qarabağ ermənilərinin və Ermənistanın gələcəyinin ancaq Rusiya ilə bağlı olduğunu da deyib. Çünki onun dediyi kimi, “Türkiyə regionu tərk etmək niyyətində deyil”.
Epress.am saytı isə Araikin indiki etiraflarını onun 44 günlük müharibə günlərində dedikləri ilə müqayisə edir. Məsələn, o, oktyabrın 4-də “sonuncu əsgərə qədər” döyüşəcəklərini demişdi. “Biz ölməyə, sonuncu əsgərə qədər döyüşməyə hazırıq. Bizə qalib gəlmək mümkün deyil”,-Araik həmin gün deyirdi.
Digər çıxışında isə Araik “dünyanın ən peşəkar ordusu” haqda danışırdı. “Əslində bizim ordu dünyada ən peşəkardır. Silahlanma baxımından deyil, peşəkarlıq baxımından”,-o bildirirdi.
Virtualaz.org
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar