Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
“Ukrayna Qara dənizdə Türk pilotsuz uçan aparatı (PUA) “Bayraktar TB2”-dən istifadə edərsə, layiqli cavabının alacaq”.
Ovqat.com xəbər verir ki, Rusiya Hərbi Dəniz Donanmasının ehtiyatda olan 1-ci dərəcəli kapitanı, hərbi ekspert Vasili Dandikin belə deyib.
Dandikin rus mətbuatına açıqlamasında (riafan.ru) Türk dronlarını tərifləsə də, Ukrayna Hərbi Qüvvələrinin Qara dəniz üzərində bu hərbi silahlardan istifadə etməsi üçün heç bir perspektiv görmür. “Düşünürəm ki, oradakı vəziyyət filotumuzun mütləq üstünlüyünü təmin edir. Tam hərbi əməliyyatlardan danışmıram. Bu, nəinki Ukrayna Donanması və Silahlı Qüvvələri, həmçinin bu adda dövlətin özü üçün də ölümcül olar. Ancaq təxribatlardan söhbət gedə bilər. O zaman isə Ukrayna Dəniz Qüvvələri layiqli cavab alacaqlar və Bayraktar TB2 onları xilas etməyəcək ", - ekspert belə hesab edir.
Qeyd edək ki, rus hərbi ekspertini Ukraynaya qarşı təhdidkar ritorika ilə danışması səbəbsiz deyil. Ukrayna ilə Türkiyə arasında bağlanan müqaviləyə əsasən, Kiyev bu il “Bayraktar TB2” hücum İHA-larını qəbul etməlidir. Ukrayna Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanı Aleksey Neizhpapa və Türkiyənin BAYKAR şirkətinin ortaq sahibi Haluk Bayraktar Odessadakı son görüşlərində bu barədə razılığa gəliblər. Tərəflər pilotsuz təyyarələrin istifadəsinə dair təlimləri də müzakirə ediblər. Təlimlərin Qara dəniz üzərində keçiriləcəyi gözlənilir. Ukrayna mediası isə sözügedən PUA-ların Rusiyaya qarşı istifadəsini müzakirə edir.
Vasili Dandikin isə bu ehtimala inanmır. Onun fikrincə, “Bayraktar TB2”-nin Ukrayna tərəfindən alınması təşəbbüsü yalnız təbliğat məqsədləri daşıyır. “Guya “Bayraktar TB2” üstünlük qazanmağa və Qara dənizdə Rusiyaya düzəlməz ziyan vurmağa imkan verəcək bir silahdır. Kiyevin eyni ümidlə Böyük Britaniya və Amerikadan çoxdan gözlədikləri gəmilər və bu on ildə Türklərlə birgə inşa etməyə razı olduqları korvetlər də var”, - deyə rus hərbi ekspert iddialara rişxəndlə yanaşıb. Amma unudub ki, Dandikin dandik məntiqlə rişxənd etdiyi “Bayraktar TB2” dronları Suriyada, Liviyada və Qarabağda rus hərbi qüvvələrinə əməlli-başlı dərs verib. Bu dərs nəinki Rusiyada, hətta dünyanın ən güclü hərbi dövlətlərində, o cümlədən ABŞ-da ciddi müzakirə olunur, artıq tankların, topların, HHM sistemlərinin istifadə tarixinin bitdiyi belə, açıq şəkildə dilə gətirilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar