Xəbər lenti
Dünən, 19:25

Ermənistanın müdafiə naziri Arşak Karapetyan Moskvada Ordu-2021 hərbi sənaye sərgisinin və Beynəlxalq Ordu Oyunlarının açılış mərasimində iştirak edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Erməni nazir Rusiyanın böyük hərbi sənaye şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirərək, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

Karapetyan “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyevlə də bir araya gəlib.

Qeyd edək ki, Moskvanın Kubinka rayonunda Ordu-2021 beynəlxalq hərbi-texniki forumu keçirilir.



Ana səhifəyə qayıt        Baxış: 3 311          Tarix: 23-08-2021, 22:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma