Xəbər lenti
12-01-2026, 12:59
11-01-2026, 18:16
25-12-2025, 10:24
16-12-2025, 13:49
16-12-2025, 10:45
12-12-2025, 23:46
12-12-2025, 22:16
12-12-2025, 20:40
12-12-2025, 19:30
12-12-2025, 19:00
12-12-2025, 17:16
12-12-2025, 16:17
12-12-2025, 15:30
12-12-2025, 15:26
12-12-2025, 13:51
12-12-2025, 11:15
12-12-2025, 10:10
12-12-2025, 09:51
11-12-2025, 23:15
11-12-2025, 22:43
11-12-2025, 21:56
11-12-2025, 18:30
11-12-2025, 17:15
11-12-2025, 16:52

Donbassdakı rus separatçıları artilleriya zərbəsi ilə Ukraynaya məxsus hərbi bazanı vurublar.
Ovqat.com xəbər verir ki, separatçıların yaydığı məlumata görə, zərbə nəticəsində hərbi bazanın bir sıra texnikası və silah-sursatı sıradan çıxarılıb.
Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin 25 -ci Hava -Dəniz Briqadasının qüvvələri həmin hərbi bazada yerləşirmiş.
Separatçılar Ukrayna Silahlı Qüvvələrinin yeni Ali Baş Komandanı təyin ediləndən bəri Donbassda vəziyyətin mürəkkəbləşdiyini, tez-tez hücuma məruz qaldıqlarını, dünənki artilleriya zərbəsinin də bu hücumlara cavab olduğunu vurğulayıblar.
Dünən separatçıların hücumuna məruz qaldıqlarını Ukrayna Silahlı Qüvvələri də təsdiqləyib. USQ-nin rəsmi məlumatına görə, hücumda iki Ukrayna əsgəri yaralanıb, ölən olmayıb.

“Ukrayna ordusu cavab atəşı açıb və Birgə Qüvvələr əməliyyat bölgəsindəki vəziyyəti izləyirlər”, - bildirən USQ-ya görə avqustun 28 -də Ukrayna mövqelərinin müxtəlif istiqamətlərdə atəşə tutulması nəticəsində 8 əsgər yaralanıb.
Xatırladaq ki, ötən ayın 28-də Ukrayna Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Ruslan Xomçak vəzifədən uzaqlaşdırılmış, yerinə Valeri Zalujnı gətirilmişdi. O zamana qədər Zalujnı ordunun “Şimal” korpusuna rəhbərlik edirdi.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video




























