Xəbər lenti



Ukrayna Silahlı Qüvvələri yenidən Bayraktar TB2 hücum dronundan istifadə edərək Donbassdakı separatçı qüvvələrə zərbələr endirib.
 
Ovqat.com xəbər verir ki, məlumat Qranitnoye kəndinin sakinlərinə istinadən yayılıb.
 
Sakinlərin iddialarına görə, kənd yaxınlığındakı separatçı qüvvələrin mövqeyi dron hücumuna məruz qalıb. Şahidlər dronların “Bayraktar TB-2” olduğundan şübhələnirlər. “Çünki zərbələr çox dəqiq olub. Bu qədər dəqiq zərbələr yalnız “Bayraktar TB-2” tərəfindən vurula bilərdi. Üstəlik, Ukrayna Silahlı Qüvvələrinin arsenalında gecə artilleriya atəşini tənzimləyə bilən” başqa silahlı dron aparatı yoxdur”, - yayılan məlumatda belə deyilir.
 
Bildirildiyinə görə, separatçı qüvvələrin mövqeyi Ukrayna Silahlı Qüvvələrinin artilleriyası tərəfindən də atəşə tutulub. Amma bu atışlar dron zərbələri qədər dəqiq olmayıb.
 
Son bir həftə ərzində Ukrayna Qranitnoyedəki DXR qüvvələrinin mövqelərinə “Bayraktar” hücum dronlarından və artilleriya qurğularından zərbələr endirir”, - deyə məlumatda bildirilir.
 
Qranitnoye qəsəbəsinin yerləşdiyi coğrafiyanı nəzərə alınan rusiyalı ekspertlər də sakinlərin düşüncələrinə haqq verirlər. Onların fikrincə, DXR-in nəzarətindəki Qranitnoye qəsəbəsi yalnız qəsəbənin qərbindəki hava məkanından istifadə edən Ukraynaya məxsus pilotsuz təyyarələri vasitəsilə zərbəyə məruz qala bilər. 
 
Separatçı qüvvələrin hücum nəticəsində xeyli itki verdiyi barədə təsdiqlənməmiş məlumatlar var. Lakin nə Donetsk, nə də Kiyev bu barədə məlumatları hələ ki, təsdiqləməyib.




Ana səhifəyə qayıt        Baxış: 6 397          Tarix: 5-11-2021, 10:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma