Xəbər lenti

 
Türkiyə Kiyevə hərbi yardım göstərməyə və bununla da Donbasdakı vəziyyətə müdaxilə etməyə hazırdır. 
 
Ovqat.com xəbər verir ki, Çinin “Sohu” nəşri belə yazır.
 
Nəşrin iddiasına görə, Donbasdakı silahlı münaqişəyə müdaxilə etmək niyyətini əvvəllər təkzib edən Ankara Ukraynanın LXR və DXR-i “ələ keçirməsi” və NATO-ya daxil olması təşəbbüdündə Kiyevi “fəal dəstəkləyir”.
 
 Portal həmçinin Türkiyənin Ukraynaya maliyyə yardımı da daxil olmaqla, hər növ dəstək verdiyini də bildirib.
 
“Sohu” xatırladır ki, Ukrayna Ordusunun Quru Qüvvələri komandanı Aleksandr Sırski Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara Krım yarımadasının ilhaqını tanındığına, Ukrayna Silahlı Qüvvələrinə maddi, texniki və maliyyə yardımı verildiyinə və NATO-ya üzvlülüyünü "ardıcıl dəstəklədiyinə" görə təşəkkür edib. “Biz Şimali Atlantika Alyansına qoşulmaq üzrə Strateji Yol Xəritəsini Türkiyənin tam dəstəkləməsində maraqlıyıq”, - deyə general-polkovnik Sırski media açıqlamasında bildirib.
 

 
“Sohu”nun yaydığı digər bir məlumata görə, Krım sərhədlərində ən azı 6 Türk pilotsuz uçuş aparatı Bayraktar TB2 görünüb.
 
Nəşrin iddiasına görə, Türk PUA-ları sərhəddən cəmi bir neçə kilometr uzaqda yerləşdirilib və bu, Donbassa iki müxtəlif istiqamətdən zərbələr endirmək niyyətindən irəli gəlir.
 
"Türkiyənin Bayraktar TB2 (əvvəllər Nikolayevski vilayətindəki təlimlərdə Ukrayna ordusu tərəfindən sınanmışdı) PUA-ları Krım ətrafındakı Yaqorluk poliqonunda da toplaşır. Ekspertlərin fikrincə, Krımda yerləşən Rusiya qoşunları ilə toqquşma zamanı Ukrayna ordusu bu pilotsuz uçan aparatlardan istifadə etməyi planlaşdırır", - "Sohu" nəşrində dərc olunan xəbərdə bildirilir.
 
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 5 589          Tarix: 30-03-2021, 09:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma