Xəbər lenti
 
 
Rusiya 92 min hərbçsini Ukrayna sərhədlərinə yığıb, yanvarın sonlarında və ya fevral ayında geniş miqyaslı hücuma hazırlaşır”.
 
Ovqat.com-un məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov “Military Times” nəşrinə müsahibəsində belə deyib.
 
Budanov bildirib ki, ABŞ əlavə hərbi yardım, həmçinin daha sərt diplomatik və iqtisadi təzyiq vasitəsilə Rusiyanın istənilən işğalının qarşısını almağa qadirdir. Onun fikrincə, Donbassda “Javelin” tank əleyhinə sistemlər və “Bayraktar” pilotsuz təyyarələri ən yaxşı psixoloji çəkindirici vasitədir – ruslar hücuma başlamazdan əvvəl iki dəfə düşünürlər: “Lakin Kiyevin ABŞ-dan indiyədək aldığı və Vaşinqtonun vəd etdiyi hərbi yardım kifayət deyil. Bizim daha çox hərbi yardıma ehtiyacımız var. Ukraynadan başqa heç bir ölkə Rusiya ilə açıq müharibə aparmayıb. Əvvəllər də, elə indi də. Bizə yardım edilməsi üçün münasib vaxt artıq yetişib. Bundan sonra çox gec ola bilər".


 
Budanovun sözlərinə görə, Ukraynanın əlavə zenit, raket əleyhinə, zenit mühafizəsi və elektron müharibə vasitələrinə ehtiyacı var. Ukraynanın istək siyahısında “Patriot” zenit-raket kompleksləri, raket əleyhinə, artilleriya və minaatan sistemləri də var.
 
Qeyd edək ki, Rusiyanın hücuma hazırlaşdığı barədə iddialar təkcə Ukrayna hərbi kəşfiyyat şefinin irəli sürdüyü mülahizələr deyil. Bu ilin oktyabr ayının sonundan etibarən bir sıra nüfuzlu Amerika KİV-ləri Rusiyanın Ukrayna sərhədləri yaxınlığında qoşun topladığı barədə məlumat yayıb. ABŞ Dövlət Departamenti də bununla bağlı bəyanat yayaraq, Rusiyanın "2014-cü ildəki səhvini təkrarlaya biləcəyindən" narahatlığını bildirib. Nüfuzlu “Bloomberg” nəşri isə bu yaxınlarda yazmışdı ki, ABŞ Rusiyanın Ukraynaya növbəti müdaxiləsi riski ilə bağlı Aİ-yə xəbərdarlıq edib.




Ana səhifəyə qayıt        Baxış: 5 550          Tarix: 21-11-2021, 15:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma