Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Ukrayna daha əvvəl Türkiyədən satın aldığı “Bayraktar TB2” silahlı PUA-larını Krım sahillərinə göndərərək “Rusiya sərhədləri” yaxınlığında yeni təxribatlar təşkil etməyə qərar verib.
Ovqat.com xəbər verir ki, məlumatı Rusiya hərbi dairələrinə yaxınlığı ilə tanınan Avia.pro saytı yayıb.
Saytın məlumata görə, bir neçə Ukrayna pilotsuz təyyarəsi uzun müddət Rusiya “hava məkanı” sərhədləri yaxınlığında uçuşlar həyata keçirib, amma sərhədi pozmağa “cəsarət etməyib”.
“Hazırda Türkiyə hərbi nümayəndələrinin Ukrayna ərazisində olduğunu nəzərə alan mütəxəssislər Rusiya sərhədləri yaxınlığında təxribatların həm Türkiyə, həm də Ukrayna tərəfindən ortaq şəkildə həyata keçirildiyini istisna etmirlər. Baxmayaraq ki, bu məlumatlar rəsmən təsdiqlənməyib”, - portal belə yazıb.
Daha əvvəl Ukrayna rəsmilərinin “Bayraktar TB2” hücum PUA-larını yalnız Donbassda istifadə etməyə niyyətində olduqları barədə açıqlamalarını xatırladan portal Kiyevin öz vədini yerinə yetirmədiyini düşünür: “Bunu dronların həm sərhəd bölgəsinə yaxın ərazilərdə, həm də Krımda tez-tez təxribatçı uçuşları da sübut edir. Buna baxmayaraq, Kiyevin bu cür təxribatların necə bitəcəyini bildiyini nəzərə alsaq, Ukraynanın Rusiyaya qarşı açıq bir qarşıdurmaya girmə riski yoxdur. Xüsusilə ona görə ki, Ukrayna silahlanma baxımından çox geri qalır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar