Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Mart ayında ABŞ, NATO müttəfiqləri ilə birlikdə Donbassa qarşı genişmiqyaslı təxribata başlaya bilər.
Ovqat.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Aleksey Leonkov özünün Telegram səhifəsində bildirib.
Onun iddiasına görə, NATO Ukraynaya daha bir hərbi yardım partiyası hazırlayıb və Kiyevin Qərbdən aldığı bütün silahlar yaxın günlərdə Donbassda istifadə edilə bilər.
Mütəxəssisin fikrincə, Şimali Atlantika İttifaqı Ukraynadan Rusiyaya qarşı təxribatlar üçün tramplin kimi faydalanmaq istəyir.
Leonkov Ukrayna Silahlı Qüvvələrinin fevral və ya mart aylarının sonunda Donbass və Luqanskiyə qarşı əməliyyata başlaya biləcəyini proqnozlaşdırır. “NATO təlimatçıları Kiyevi buna hazırlayırlar. Ukrayna hərbçiləri "boz zona" nı işğal etməyə çalışdıqdan sonra plan işə düşə bilər”.
Hərbi ekspert təxribat planının detallarını da açıqlayıb. Onun sözlərinə görə, Ukrayna xüsusi xidmət orqanları agentlər vasitəsilə öz hərbi personalını hücuma məruz qoyacaq və bütün qrupu məhv edəcəklər. Amma baş verənlərdə Donbası günahlandıracaqlar və bundan hücumun aktiv mərhələsinə başlamaq üçün istifadə edəcəklər.
Leonkov qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası Ukrayna, Gürcüstan və Moldovanın NATO-ya daxil olmasını sürətləndirmək üçün Donbassdakı münaqişənin hərbi yolla həll olunma ehtimalını nəzərdən keçirir, çünki bu, NATO qüvvələrinin bu ölkələrin ərazisinə daxil olmasına imkan verəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar