Xəbər lenti

 
“Qazaxıstan müstəqillik əldə etdikdən sonra özünün ən ağır böhranı ilə üzləşir və dünya qazax hökumətinin öz xalqının fundamental hüquqlarına hörmət edib-etmədiyini izləyir”. 

Ovqat.com-un məlumatına görə, “Human Rights Watch”-un böhranlar və münaqişələr üzrə direktor müavini Letta Tayler bu bəyanatla çıxış edib.
 
Təşkilat nümayəndəsinin fikrincə, Qazaxıstan hakimiyyəti “bölgədəki bütün təhlükəsizlik qüvvələrinin insan həyatını qorumaq üçün hərəkətə keçirməlidir. Əks halda cavabdehlik daşıyır”.
 
Bəyanatda vurğulanır ki, prezident Tokayevin yanvarın 7-də etirazçıları xəbərdarlıq etmədən güllələmək barədə verdiyi əmr Qazaxıstanın beynəlxalq hüquqi öhdəliklərini və vətəndaşlarının yaşamaq hüququnu pozur. ““Human Rights Watch” təşkilatı bildirir ki, hakimiyyət orqanları yalnız son çarə kimi güc tətbiqindən istifadə edə bilər. Prokurorluq orqanları isə zorakılıq və qeyri-qanuni qətllərlə bağlı iddiaların operativ, müstəqil və hərtərəfli araşdırılmasını təmin etməlidir”, - bəyanatda belə deyilir.


Ana səhifəyə qayıt        Baxış: 5 442          Tarix: 8-01-2022, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma