Xəbər lenti

"Bakıya səfərim zamanı və Azərbaycan rəsmiləri ilə danışıqlarımda bir daha əmin oldum ki, xalqlarımız arasında çoxsaylı ortaq cəhətlər və dərin tarixi əlaqələr mövcuddur".

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin konsulluq məsələləri, parlament münasibətləri və xaricdəki iranlıların işləri üzrə müavini Vəhid Cəlalzadə Azərbaycana səfəri ilə bağlı özünün "X" hesabında yazıb.

O bildirib ki, bu əlaqələr etimad və ortaq maraqlara əsaslanan münasibətlərin qurulması üçün dəyərli imkan yaradır ki, bu da həm iki xalqa, həm də bütün regiona sülh, təhlükəsizlik və rifah gətirə bilər.

Qeyd edək ki, Cəlalzadə səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev və digər rəsmi şəxslərlə görüşüb.




Ana səhifəyə qayıt        Baxış: 2 763          Tarix: Dünən, 12:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma